Azərbaycanda yaşayan əcnəbilərin sayı 

13:06 17.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda Azərbaycanda 132 000 əcnəbi yaşayır.

Hafta.az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda yaşayan əcnəbilər əsasən qonşu ölkələrdəndir.

"Əcnəbilərin 13 faizi ölkəmizdə 15 günə qədər qalanlardır ki, onlar qeydiyyatsız yaşayırlar. Ölkədə qalma müddəti 15 gündən artıq olduqda isə artıq onlar qeydiyyata alınırlar", - Xidmət rəisi bildirib.